×
A
A
A
Sazlamalar

Polşada atalıq məzuniyyətindən yararlananların sayı artır

Varşava, 24 iyun, AZƏRTAC 

Polşada bu ilin geridə qalan dövründə 61,1 min nəfərdən çox insan atalıq məzuniyyəti hüququndan istifadə edib.
AZƏRTAC xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər artıqdır. Polşa qanunlarına görə, istənilən ata övladı doğulduqdan etibarən iki il ərzində, iki həftəlik məzuniyyət hüququna malikdir. Vətəndaş bu məzuniyyətdən iki il ərzində istifadə etməzsə, artıq bu hüququnu itirmiş olur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Dünya 2019-06-24 07:45:00