Estoniyada Qələbə Günü qeyd olunur
Tartu, 23 iyun, AZƏRTAC
Düz yüz il əvvəl eston ordusu Latviya yaxınlığında baltik almanlarının qoşunlarını məğlubiyyətə uğradaraq azadlıq əldə edib. Bu gün Estoniyada Qələbə Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Estoniyanın Tartu şəhərində Qələbə Günü münasibətilə təntənəli parad keçirilib. Paradda ölkə başçısı Kersti Kalyulayd, həmçinin bütün qoşun növlərinin nümayəndələri iştirak ediblər.
Həmçinin məhz həmin gün eston ordusuna kömək edən xarici dəstələrin təmsil etdikləri ölkələrin, o cümlədən Finlandiya, Polşa, İsveç və Ukraynanın bayraqları dalğalandırılıb. NATO üzvü olan ölkələrin nümayəndələri də parada qatılıblar.
Estoniyada Qələbə Günü ilk dəfə 1934-cü ildə qeyd olunub. 1919-cu ildə baş vermiş Vonn savaşı Estoniya azadlıq mübarizəsinin həlledici döyüşü kimi tarixə düşüb.
Qeyd edək ki, bu parad hər il ölkənin müxtəlif şəhərlərində təşkil olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tartu
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır