×
A
A
A
Sazlamalar

İstanbulda Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə seçkilərdə səsvermə başlayıb

İstanbul, 23 iyun, AZƏRTAC

İyunun 23-də Türkiyə vaxtı ilə saat 8:00-da (Bakı vaxtı ilə saat 9:00) İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə seçkilərdə səsverməyə start verilib. Seçicilər saat 17:00-dək öz siyasi iradələrini ifadə edəcəklər. Səsvermə başa çatanadək təbliğat-təşviqat işlərinin aparılması qadağandır.
AZƏRTAC xəbər verir ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, İstanbulun Bəylikdüzü bələdiyyəsinin əvvəlki sədri Əkrəm İmamoğlu arasında gedir.
Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin ciddi qanun pozuntuları iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-06-23 10:00:00