Valdis Zatlers: Çernobıl qəzasında insanlar günahkar idi
Riqa, 23 iyun, AZƏRTAC
Latviyanın sabiq prezidenti Valdis Zatlers 1986-cı ildə Çernobılda baş vermiş dəhşətli qəzadan sonra bu fəlakətin nəticələrinin aradan qaldırılması üçün oraya göndərilənlər arasında olub.
AZƏRTAC xəbər verir ki, ixtisasca həkim olan V.Zatlers Çernobıl qəzasından sonra ləğvedicilərdən biri kimi ərazidə fəaliyyət göstərib. O, “Baltkom” radiosuna müsahibəsində bildirib ki, qəzada texnologiya günahkar deyil. Əsas günahkarlar bu texnologiyanı idarə edə bilməyən insanlardır.
Dünyaya səs salmış və izlənmə rekordları qıran “Çernobıl” serialı barədə fikirlərini bildirən sabiq prezident filmə hələ də baxmadığını, lakin tezliklə seyr edəcəyini deyib. V.Zatlers vurğulayıb ki, atom enerjisinin əleyhinə deyil, sadəcə bu işi mütəxəssislərin öhdəsinə buraxmaq lazımdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır