×
A
A
A
Sazlamalar

Tbilisidə keçirilən aksiyada Daxili İşlər nazirinin istefası tələb olunur

Tbilisi, 22 iyun, AZƏRTAC
Tbilisidə kütləvi etiraz aksiyası iyunun 22-də davam edib.
AZƏRTAC xəbər verir ki, saat 19:00-dan parlamentin qarşısına toplaşan minə yaxın insan Daxili İşlər naziri Qeorqi Qaxariyanın istefasını və iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılmasını tələb edirlər. Hazırda parlamentin binası önündə minə yaxın insan toplaşıb. Onların sayı artır. Axşama doğru onların sayının 10 minə çatacağı ehtimal olunur.
Qeyd edək ki, etiraz aksiyası iyunun 20-də Tbilisidə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına etiraz əlaməti olaraq başlayıb. İyunun 20-də gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Aksiya iştirakçıları parlamentin binasını ələ keçirməyə cəhd ediblər.
Polis mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla, 240 nəfər yaralanıb. 300-dən çox insan polis tərəfindən saxlanılıb.
Artıq baş verənlərə görə parlamentin sədri İrakli Kobaxidze istefa verib.
Müxalifət nümayəndələri tələbləri yerinə yetirilənədək aksiyanın davam edəcəyini bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-22 20:43:00