×
A
A
A
Sazlamalar

İraq birinci rübdə 357 milyon barrel neft ixrac edib

Bakı, 22 iyun, AZƏRTAC

İraq cari ilin ilk rübündə istehsal etdiyi 408 milyon barrel xam neftin 357 milyon barrelini ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin statistika qurumu məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə ölkədəki müxtəlif quyulardan 408 milyon 585 min barrel neft çıxarılıb. Həmin həcmin 357 milyon 800 min barreli ixrac edilib. Beynəlxalq bazarda xam neftin bir barrelinin orta qiyməti 60 dollar olub.
İraqın cənub, mərkəzi və şimal hissələrindəki neft yataqlarından çıxarılan gündəlik 4 milyon barreldən çox neft dünya bazarına gəmi, tanker və boru kəmərləri ilə ixrac edilir.

Dünya 2019-06-22 16:07:00