×
A
A
A
Sazlamalar

Güclü daşqın Türkiyənin Samsun bölgəsində ciddi problemlər yaradıb

İstanbul, 22 iyun, AZƏRTAC

Güclü sel və daşqın Türkiyənin Samsun bölgəsində ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, gecə saatlarından başlayan güclü yağış və fırtına nəticəsində Terme rayonunun Sakarlı və Miliç məhəllələri arasında yerləşən Miliç dərəsi daşıb.
Güclü külək böyük ağacları kökündən çıxarıb. Küçələr, evlərin aşağı hissələri, tarlalar su altında qalıb. Samsun rəhbərliyi problemləri aradan qaldırmaq üçün təbii fəlakət bölgəsinə ağır texnika cəlb edir.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-06-22 14:35:00