×
A
A
A
Sazlamalar

Çində meşə yanğını ilə mübarizəyə 4340 yanğınsöndürən cəlb olunub

Pekin, 22 iyun, AZƏRTAC
Çinin Daxili Monqolustan muxtar bölgəsində 3 gündür davam edən meşə yanğınının söndürülməsinə 4340 yanğınsöndürən cəlb olunub.
AZƏRTAC bölgənin hakimiyyət orqanlarına istinadla xəbər verir ki, Böyük Hinqan dağlarında baş verən yanğını söndürmək relyefə, yağmursuz və küləkli hava şəraitinə görə çətinləşib. Bu səbəbdən yanğının söndürülməsinə xeyli sayda helikopter və təyyarə də cəlb olunub. Nəticədə şimal və şərq hissədən yanğın nəzarət altına alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-06-22 12:21:00