×
A
A
A
Sazlamalar

ABŞ və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə edib

Bakı, 22 iyun, AZƏRTAC

ABŞ və Səudiyyə Ərəbistanı qlobal neft bazarına dair müzakirələr aparıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salman Əl Səudun telefon danışığında qlobal neft bazarında sabitliyin təmin olunmasında Səudiyyə Ərəbistanının vacib rolu müzakirə edilib.

Dünya 2019-06-22 10:51:00