×
A
A
A
Sazlamalar

Yaxın Şərqdəki hərbi münaqişə zonasında təxminən 3 min özbək var

Daşkənd, 22 iyun, АZƏRTAC

Yaxin Şərqdəki hərbi münaqişə zonasında təxminən 3 min özbək var.
AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmanxon Alimov bildirib.
O deyib ki, mayın 30-da Özbəkistan Hökuməti münaqişə zonasından 156 özbək qadın və uşağı Vətənə gətirib. Bu zonada saxlanılan təxminən 3 min vətəndaşımızın ölkəyə gətirilməsi prosesi mərhələ-mərhələ davam etdiriləcək, onlar əsasən qadınlar və uşaqlardır.
Müfti bildirib ki, münaqişə zonasından Vətənə gətirilənlər Daşkənd vilayətindəki sanatoriyalarda yerləşdirilir, onlar həkimlərin yoxlamasından keçir, psixoloqların yardımından istifadə edirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-06-22 09:28:00