×
A
A
A
Sazlamalar

Gürcüstan parlamentinin sədri vəzifəsini birinci vitse-spiker Tamar Çuqoşvili icra edəcək

Tbilisi, 21 iyun, AZƏRTAC

Gürcüstan parlamentinin sədri vəzifəsini müvəqqəti olaraq birinci vitse-spiker Tamar Çuqoşvili icra edəcək.
AZƏRTAC xəbər verir ki, hazırkı sədr İrakli Kobaxidze istefası ilə bağlı parlamentə müraciət edəcək.
Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir.
Bəzi məlumatlara əsasən, hakim “Gürcü Arzusu-demokratik Gürcüstan” Partiyası yeni sədr postuna parlament çoxluğunun rəhbəri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.
Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamentin sədri İrakli Kobaxidze iyunun 21-də istefa verib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-21 16:49:00