×
A
A
A
Sazlamalar

İndoneziyada fabrikdə baş verən yanğın nəticəsində 30 nəfər həlak olub

Bakı, 21 iyun, AZƏRTAC

İndoneziyada qaz alışqanları fabrikində baş verən yanğın nəticəsində 30 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Jakarta Post qəzetinin internet versiyasında yerli polisə istinadla yayılan məlumata görə, ölənlərdən üçü uşaqdır.
Faciə bu gün səhər saatlarında Şimali Sumatra əyalətinin Bincay rayonunda baş verib. Fabrik binasında əvvəlcə partlayış olub, ardınca isə güclü yanğın başlayıb. Alov söndürüldükdən sonra yanmış binada müəssisənin 27 işçisinin və 3 uşağın cəsədi aşkarlanıb.
Polis yanğının səbəblərini təhqiq edir.

Dünya 2019-06-21 16:19:00