×
A
A
A
Sazlamalar

Çinin virtual reallıq bazarı iki ilə 7,9 milyard dollara çatacaq


Pekin, 21 iyun, AZƏRTAC
Çinin virtual reallıq (VR) texnologiyası bazarı illik orta hesabla 95 faiz artaraq 2021-ci ilədək 54,45 milyard yuana (təxminən 7,9 milyard ABŞ dolları) çatacaq.
AZƏRTAC xəbər verir ki, bunu Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi U Şenu VR sənayesinə dair dünya konfransına həsr olunan mətbuat konfransında deyib.
Ölkəsində bu sahənin uğurla inkişaf etdiyini bildirən nazirlik rəsmisi Çinin VR avadanlığının istehsalı üzrə ön sıralarda olduğunu bildirib. U Şenu Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin bu sahədə tədqiqatları, VR istehsal edən müəssisələri dəstəkləməyə davam edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, bu il Dünya Virtual Reallıq Konfransı oktyabrın 19-21-də Çinin Nançan şəhərində keçiriləcək.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya 2019-06-21 15:35:00