×
A
A
A
Sazlamalar

Türkiyədə kütləvi zəhərlənmə halı qeydə alınıb

Ankara, 21 iyun, AZƏRTAC
Türkiyənin Qars bölgəsində 36 nəfər kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə zəhərlənmə yeməkdən yaranıb. Xəstələrdən bəziləri reanimasiyadadır. Hadisə ilə bağlı tədqiqat aparılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-06-21 15:25:00