×
A
A
A
Sazlamalar

"Taliban" hərəkatının nümayəndələri Çində səfərdə olublar

Pekin, 20 iyun, AZƏRTAC
"Taliban" hərəkatının nümayəndələri Əfqanıstanda sülh danışıqlarını müzakirə etmək üçün Çində səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan Pekində ənənəvi mətbuat konfransında deyib.
Lu Kan "Taliban"ın Qətərdəki nümayəndəsi Əbdül Qəni Baradarın və onun bir neçə məsləkdaşının Çinə səfəri zamanı tərəflərin Əfqanıstanda sülh prosesini və terrorizmlə mübarizə məsələlərini müzakirə etdiklərini deyib. "Çin Əfqanıstanın problemlərinin əfqan xalqının özünün danışıqlar yolu ilə həllini dəstəkləyir", - deyən XİN rəsmisi bildirib.
Lu Kan Çinin Əfqanıstan məsələsinin sülh yolu ilə həllinin təşviqi üçün müvafiq tərəflərlə fəal işini davam etdirəcəyini bildirib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-06-20 20:06:00