×
A
A
A
Sazlamalar

Cənubi Koreya KXDR-i liderlərin növbəti görüşünün təşkilinə çağırıb

Bakı, 20 iyun, AZƏRTAC
Cənubi Koreya Prezidentinin Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Li Do-hun Şimali Koreyanı dövlət başçılarının növbəti görüşünü keçirməyə çağırıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Vaşinqtonda Atlantika Şurasının tədbirində çıxış edən xüsusi nümayəndə həmin görüşün ABŞ dövlət başçısı Donald Trampın gələn həftə Cənubi Koreyaya gözlənilən səfərinədək baş tutması istəyini dilə gətirib. O, Cənubi Koreyanın dövlət başçısı Mun Ce-inin də belə bir istəyinin olduğunu deyib.
Qeyd edək ki, Koreya liderləri Mun Ce-in və Kim Çen In ötən il 3 dəfə görüşərək yarımadada davamlı sülhün təminatı üçün danışıqlar aparıblar.

Dünya 2019-06-20 19:44:00