×
A
A
A
Sazlamalar

Rusiyanın bombardmançı təyyarələri Yaponiyanın hava məkanını iki dəfə pozub

Tokio, 20 iyun, AZƏRTAC
İyunun 20-də Rusiya bombardmançı təyyarələri Okinava prefekturası yaxınlığında, Filippin dənizində Yaponiyanın hava məkanını iki dəfə pozub.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə bəyanatla Yaponiya Müdafiə Nazirliyi çıxış edib. Buna cavab olaraq Yaponiya hərbi-hava qüvvələrinin qırıcıları da səmaya qaldırılıb. Bildirilir ki, hadisə zamanı heç bir təhlükəli məqam yaşanmayıb.
Məlumatda qeyd edilir ki, Rusiyaya məxsus iki bombardmançı əvvəlcə Minami-Dayço adaları rayonunda Yaponiyanın hava məkanına daxil olaraq şimal istiqamətində hərəkət edib. Sonra həmin təyyarələrdən biri Filippin dənizində, Haçicyo adaları rayonunda ölkənin hava məkanını pozub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-06-20 14:09:00