×
A
A
A
Sazlamalar

Cari ildə neft sektoruna 2 milyard manatadək vəsait yönəldilib

Bakı, 20 iyun, AZƏRTAC
Bu ilin ilk 5 ayında ölkənin neft sektoruna 1 milyard 916,7 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-may aylarında neft sektorunda 12 milyard 971,1 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,5 faiz artıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,9 faiz çoxalıb. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda istehsal olunub.
Mayda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 0,4 faiz bahalaşıb.
Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,4 min nəfər çalışıb. Yanvar-mart aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 183,8 manat təşkil edib.

Neft - qaz 2019-06-20 11:52:00