×
A
A
A
Sazlamalar

Cari ildə ölkədə 145 min ton metanol istehsal edilib

Bakı, 19 iyun, AZƏRTAC

Bu ilin ilk 5 ayında Azərbaycanda 44,9 min ton propilen (ondan əmtəəlik 44,8 min ton), 49,6 min ton polietilen, 60 min ton etilen, 145,1 min ton metanol (metil spirti) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-may aylarında kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 30,4 faiz artıb. İyunun 1-nə 3,8 min ton propilen, 2,3 min ton polietilen və 27,5 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından propilen istehsalı 72,3 faiz, etilen istehsalı 18,7 faiz, polietilen istehsalı isə 0,8 faiz artıb.

Sənaye 2019-06-19 19:48:00