×
A
A
A
Sazlamalar

Cari ildə 886 min tonadək dizel yanacağı istehsal olunub

Bakı, 19 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycanda 885,9 min ton dizel yanacağı, 499,8 min ton avtomobil benzini, 136,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 254,4 min ton ağ neft, 32,8 min ton yanacaq mazutu, 6,8 min ton sürtkü yağları, 72,8 min ton neft bitumu və 102 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 256,1 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 2,7 faiz azalıb.
Neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun istehsalı azalıb. Yanacaq mazutunun, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.

 

Neft - qaz 2019-06-19 18:54:00