×
A
A
A
Sazlamalar

Bu il ölkədə 10 milyard kilovat/saatadək elektrik enerjisi istehsal edilib

Bakı, 19 iyun, AZƏRTAC
Cari ilin ilk 5 ayında Azərbaycanda 9 milyard 991 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 9 milyard 644,5 milyon kilovat/saat elektrik enerjisi alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin həcmin 8 milyard 895,9 milyon kilovat/saatı istilik, 683,3 milyon kilovat/saatı su, 16,7 milyon kilovat/saatı günəş, 48,6 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

Energetika 2019-06-19 18:37:00