×
A
A
A
Sazlamalar

Cari ildə magistral kəmərlərlə təbii qaz nəqli 21 faizədək artıb

Bakı, 19 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 11 milyard 964,7 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 20,9 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 ayda qaz nəqlinin 35,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4 milyard 207,8 milyon kubmetr təbii qaz göndərilib.

Neft - qaz 2019-06-19 18:02:00