×
A
A
A
Sazlamalar

Türkiyədə on nəfəri sel aparıb

Ankara, 18 iyun, AZƏRTAC

İyunun 18-də güclü sel və daşqınlar Türkiyənin müxtəlif bölgələrində ağır faciə və fəsadlar yaradıb.
AZƏRTAC xəbər verir ki, ən ağır nəticələr Trabzonda baş verib. Bildirilir ki, bu bölgədə 10 nəfəri sel aparıb. Onlardan 6-sının meyiti tapılıb. Dörd nəfərin axtarışı davam edir. Güclü daşqın axtarış işlərini çətinləşdirib. Vilayət rəhbərliyi hökumətdən xilasedici işlərə əlavə qüvvə, o cümlədən helikopterlər istəyib.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-06-18 23:32:00