×
A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında iştirak edir

Bakı, 18 iyun, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilir. Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri də daxildir.
Sessiyada BƏT-in 100 illiyi ilə əlaqədar Təşkilatın “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq bu mövzuda müzakirələr aparılır.
Sessiyanın plenar iclasında S.Babayevin çıxışı nəzərdə tutulub.

Sosial 2019-06-18 14:44:00