×
A
A
A
Sazlamalar

Polşa ABŞ hərbçilərini Belarus sərhədinə yerləşdirəcək

Varşava, 18 iyun, AZƏRTAC

NATO Amerika Birləşmiş Ştatlarına (ABŞ) aid hərbçiləri Polşanın şərqində altı nöqtədə yerləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak “Polşa radiosu”nda məlumat verib.
O, ölkənin şərq sərhədlərinin gücləndirilməsini məqbul saydığını deyib. ABŞ prezidenti Donald Tramp da bu məsələyə aydınlıq gətirərək bildirib ki, Polşa hökuməti mindən çox hərbçini ölkəsində qəbul etməyə hazırdır.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Dünya 2019-06-18 07:59:00