×
A
A
A
Sazlamalar

Latviya və Estoniya arasında alkoqol məhsullarının aksiz dərəcələrinə dair razılaşma pozulub

Riqa, 17 iyun, AZƏRTAC 

Latviya və Estoniya arasında alkoqol məhsullarına tətbiq olunan aksiz dərəcəsinin artırılmasına dair razılaşma pozulub.
AZƏRTAC xəbər verir ki, Estoniya tərəfi bu razılaşmadan çıxaraq aksiz dərəcələrini kəskin azaldacağını açıqlayıb. Artıq iyulun 1-dən etibarən 25 faiz azalma nəzərdə tutulub.
Latviyanın Baş Naziri Krisyanis Karins bununla bağlı bildirib ki, Estoniyanın bu addımı Latviyanı da müvafiq addım atmağa məcbur edir. Latviya alkoqol məhsullarına tətbiq olunan aksiz dərəcəsini ötənilki səviyyəyə qədər endirəcək.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa 

Dünya 2019-06-18 05:33:00