×
A
A
A
Sazlamalar

Azərbaycandan 131,1 min ton kimya sənayesi məhsulları ixrac edilib

Bakı, 17 iyun, AZƏRTAC
Bu ilin ilk 5 ayında ölkədən 131 min 139 ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 30 milyon 225 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkədən ixrac olunan 46 min 800 ton kimya məhsulunun dəyəri 23 milyon 690 min dollar təşkil etmişdi.

Sənaye 2019-06-17 17:06:00