×
A
A
A
Sazlamalar

Cari ildə ölkədən 51,8 milyon dollarlıq elektrik enerjisi ixrac edilib

Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan elektrik enerjisinin ixracının həcmini artırıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, yanvar-may aylarında ölkədən 1 milyard 210 milyon 691 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 51 milyon 874 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 129 milyon 801 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 53 milyon 328 min dollar olmuşdu.

Energetika 2019-06-17 16:12:00