×
A
A
A
Sazlamalar

Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

Bakı, 17 iyun, AZƏRTAC

Cari ilin ilk 5 ayında Azərbaycandan 4 milyard 903 milyon 337 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-may aylarında ixrac olunan təbii qazın dəyəri 871 milyon 621 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 2 milyard 742 milyon 787 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 498 milyon 842 min dollar olmuşdu.

 

Neft - qaz 2019-06-17 15:58:00