×
A
A
A
Sazlamalar

“Petkim”in əvəzsiz səhmlərinin bölüşdürüləcəyi tarix açıqlanıb

Bakı, 13 iyun, AZƏRTAC

“Petkim PetroKimya Holding A.Ş.” əvəzsiz səhmlərini iyunun 19-da bölüşdürəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.
Qeyd olunur ki, bununla da şirkətin sərmayəsi 1,65 milyard türk lirəsindən 2,11 milyard türk lirəsinə çatdırılacaq.
Cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 144 milyon türk lirəsi təşkil edib. Üç ayda “Petkim”in satışları keçən ilin eyni dövrünə nisbətən 51 faiz artaraq 2,83 milyard lirə olub. Şirkətin faiz, amortizasiya və vergi öncəsi mənfəəti isə 338 milyon lirə təşkil edib.
Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 51 faizlik paya sahibdir.

Neft - qaz 2019-06-13 14:55:00