×
A
A
A
Sazlamalar

Təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 226 min 675-ə çatıb

Bakı, 10 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 43 min 153 yeni abonent qeydiyyata alınıb ki, bunun da 21 min 240-ı Bakı, Abşeron və Sumqayıt, 21 min 913-ü isə regionlar üzrədir.
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.
Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 226 min 675-ə çatıb.

Neft - qaz 2019-06-10 12:53:00