×
A
A
A
Sazlamalar

Natia Turnava: Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsüdür

Tbilisi, 8 iyun, AZƏRTAC

Gürcüstanda Rusiyanın “Gazprom” şirkətinin dominantlıq edəcəyi barədə heç bir söhbət ola bilməz. Bizim strateji istehlak seqmentinin Azərbaycan qazı hesabına təmin olunması ilə bağlı etibarlı zəmanətimiz var. Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava parlamentin iqtisadi siyasət komitəsinin iclasındakı çıxışı zamanı söyləyib.
“Gürcüstanın enerji təhlükəsizliyi hökumətin əsas prioritetlərindən biridir və biz ölkəmizin bu sahədə də təhlükəsizliyini təmin edəcəyik. Bunun üçün bizim etibarlı tərəfdaşımız var”, - deyə o bildirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Neft - qaz 2019-06-08 11:20:00