×
A
A
A
Sazlamalar

İranda imam Əlinin şəhadət günü qeyd olunur

Tehran, 27 may, AZƏRTAC
Bu gün İranda İslam aləminin ən görkəmli nümayəndəsi olan imam Əlinin şəhadət günü qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə İranda qeyri-iş günü elan olunub və məscidlərdə imam Əli haqqında moizələr oxunur. İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi şəxsən moizə oxuyaraq Əlinin şücaəti haqqında danışıb.
Xatırladaq ki, Əsədullah (Allahın aslanı) ləqəbini daşıyan imam Əli 661-ci ildə Kufə məscidində xəlifə Yezidin hazırladığı sui-qəsd nəticəsində şəhid olub.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Din 2019-05-27 12:52:00