×
A
A
A
Sazlamalar

Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər

Bakı, 25 may, AZƏRTAC 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 5-ci iclasında iştirak etmək üçün mayın 28-dən 31-dək Qırğızıstanın Bişkek şəhərində səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası komissiyanın sədri, Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov açacaq. Gündəlik təsdiq edildikdən sonra “Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək” mövzusunda müzakirələr aparılacaq və bununla bağlı tövsiyə qərarı layihəsi təsdiq ediləcək.
Toplantıda komissiyanın 6-cı iclasının yeri, tarixi və gündəliyi də müzakirə olunacaq. Komissiya üzvləri TÜRKPA-nın 10 illik yubileyinə həsr edilən fotosərgi ilə tanış olacaqlar.

Siyasət 2019-05-25 19:21:00