Hindistanda “Əl-Qaidə” qruplaşmasının Kəşmir özəyinin başçısı öldürülüb
Bakı, 24 may, AZƏRTAC
Hindistanın Cammu və Kəşmir ştatının təhlükəsizlik xidmətləri “Əl-Qaidə” qruplaşmasının yerli özəyinin başçısını zərərsizləşdirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Zakir Musa kimi tanınan səhra komandiri ştatın cənubunda polis tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində öldürülüb. Mayın 23-ü axşam saatlarında polis Srinaqara şəhərində silahlıların gizləndiyi binanı mühasirəyə alıb. Onlar hüquq-mühafizə orqanlarının təslim olmaq barədə tələbinə atəşlə cavab verib və atışma başlayıb.
Zakir Musa kimi tanınan Zəki Rəşid Bhat 2013-cü ildə “Hizb-ul-Mücahidin” qruplaşması sıralarına daxil olub, bir neçə ildən sonra isə “Əl-Qaidə” qruplaşmasının yerli özəyinə rəhbərlik etməyə başlayıb.
Hindistanın müsəlmanların üstünlük təşkil etdiyi yeganə ştatı Cammu və Kəşmirdə uzun illərdir vəziyyət gərgin olaraq qalır. Bölgədə fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalar mövcuddur.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır