×
A
A
A
Sazlamalar

İmişlidə ağır yol qəzası olub

İmişli, 24 may, Mahir Babayev, AZƏRTAC

İmişlidə ağır yol qəzası baş verib, 3 nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli-Qarazonlu avtomobil yolunda qeydə alınıb.
Magistralda hərəkətdə olan “VAZ-2106” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə bir ailənin 3 üzvü, İmişli rayon sakinləri Vasif Cəfərov, onun həyat yoldaşı Həmidə Cəfərova və Yusif Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırılma aparılır.

Regionlar 2019-05-24 08:54:00