×
A
A
A
Sazlamalar

Bu ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub

Bakı, 23 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlər arasında digər həssas qruplarla yanaşı, əlilliyi olan şəxslərə də üstünlük verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin ötən dövründə 600-dək əlilliyi olan şəxs proqram çərçivəsində təlimlərə cəlb edilib.
Təlimləri uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslərin, o cümlədən əlilliyi olan insanların seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçiriləcək. Bu da onların kiçik ailə təsərrüfatlarını qurmalarına imkan verəcək.
Hazırda işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam etdirilir. Cari ildə 10 minədək şəxsin proqramda iştirakının təmin edilməsi nəzərdə tutulub.

Sosial 2019-05-23 11:56:00