×
A
A
A
Sazlamalar

Füzulinin Arayatlı kəndində uşaq bağçası əsaslı təmir edilir

Füzuli, 23 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Füzuli rayonunun Arayatlı kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə 100 yerlik uşaq bağçası əsaslı təmir edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti sahəsi 580 kvadratmetr olan uşaq bağçasının ikimərtəbəli binası musiqi zalı, tərbiyəçi-metodist, tibb, məşğələ, yataq otaqları, yeməkxana, mətbəx və sairdən ibarətdir. Tədris müəssisəsinin həyətində abadlıq işləri həyata keçiriləcək, uşaqların açıq havada əylənməsi üçün oyun meydançası və söhbətgah yaradılacaq, müvafiq qurğular quraşdırılacaq.
Uşaq bağçası binasının bu il istifadəyə verilməsi nəzərdə tutulur.

Regionlar 2019-05-23 10:46:00