×
A
A
A
Sazlamalar

Naxçıvanda ənənəvi “Göycə” festivalı keçiriləcək

Naxçıvan, 23 may, AZƏRTAC

Bu il iyunun 1-2-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” festivalı keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçiriləcək.
Tədbirdə göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

Regionlar 2019-05-23 10:49:00