×
A
A
A
Sazlamalar

Sumqayıtda internet oyunları üzrə şəhər birinciliyi keçirilib

Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda gənclər arasında XIII Azərbaycan milli çempionatının şəhər birinciliyi keçirilib. Yarış şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, VİP İnternet salonda keçirilən birincilikdə 30 yaxın gənc iştirak edib. Əsasnaməyə uyğun olaraq gənclər yarışmaya “Counter-Strike: Global Offensive”, “FIFA 2019”, “HearthStone”, və “Tekken 7” oyunları olmaqla yarışa hər birində 5 nəfər komanda və fərdi şəkildə qatılıblar.
Qaliblərə Baş İdarənin fəxri fərmanı və hədiyyələri təqdim olunub.
Qaliblər Bakı şəhərində keçiriləcək Azərbaycan milli çempionatının final mərhələsində Sumqayıt şəhərini təmsil etmək hüququ qazanıblar.

Regionlar 2019-05-23 02:07:00