×
A
A
A
Sazlamalar

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələr arasında əlaqələr genişlənir

Bərdə, 22 may, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsi, daha müasir və səmərəli iş prinsipinin qurulması, inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan mədəniyyət müəssisələri arasında keçirilən dostluq və əməkdaşlıq görüşlərinin xüsusi əhəmiyyəti var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Regional İdarənin tabeliyində olan Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbinin kollektivi Yevlax rayonu Malbinəsi kənd uşaq musiqi məktəbinin qonağı olub. Bərdə məktəbliləri əvvəlcə Malbinəsi kənd uşaq musiqi məktəbində müxtəlif ixtisaslar üzrə dərs prosesini izləyiblər. Sonra Kətəlparaq kənd uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil edilib. Təqdim olunan musiqi nömrələri iştirakçılara xoş anlar yaşadıb.
Mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bundan sonra da davam etdiriləcək.

Regionlar 2019-05-22 14:07:00