×
A
A
A
Sazlamalar

Ağcabədi rayonunda ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

Bakı, 22 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında mayın 21-də axşam saat 22:00-da Ağcabədi rayonunun Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyətyanı sahəsinə baxış keçiriblər.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı həmin ərazidə satış məqsədilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib. Həmçinin, ondan nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Sosial 2019-05-22 13:42:00