×
A
A
A
Sazlamalar

SOCAR Türkiyədəki yeni neft-kimya müəssisəsi ilə bağlı yekun investisiya qərarını gələn il verəcək

Bakı, 21 may, AZƏRTAC

SOCAR Türkiyədə inşa etməyi planlaşdırdığı yeni neft-kimya müəssisəsi ilə bağlı yekun investisiya qərarını gələn il verəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov deyib.
O qeyd edib ki, hazırda texniki işlər davam edir. Yekun investisiya qərarı hələ qəbul olunmayıb. SOCAR-ın gələn ilin birinci rübündə bu qərarı qəbul edəcəyi gözlənilir”.
Xatırladaq ki, ötən il dekabrın 20-də BP və “SOCAR Turkey” (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar. Layihənin dəyəri təqribən 1,8 milyard dollar təşkil edəcək. Yeni zavodun 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Neft - qaz 2019-05-21 16:34:00