×
A
A
A
Sazlamalar

Samir Şərifov: Borc sahəsində görülən tədbirlər öz nəticələrini verməkdədir

Bakı, 21 may, AZƏRTAC
Borc sahəsində görülən tədbirlər öz nəticələrini verməkdədir. Dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbətinin azaldılması Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifədir. Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib: “Bir il ərzində həmin nisbəti təxminən 17 faiz azaltmağa nail olmuşuq. Bu gün xarici valyutada ifadə olunan dövlət borcunun ÜDM-ə nisbəti 5 faiz fəndi azaldılaraq 24 faizdən 19 faizə endirilib. Son zamanlar dövlətimizin başçısının rəhbərliyi ilə kompleks sosial-iqtisadi islahatlar proqramı həyata keçirilməkdədir. Bu proqramın vacib tərkib hissələrindən biri də dövlət-maliyyə idarəedilməsinin təkmilləşdirilməsi islahatıdır. Bunun da vacib elementlərindən biri dövlət borcunun idarəedilməsi məsələləridir”.

Maliyyə 2019-05-21 12:16:00