×
A
A
A
Sazlamalar

Naxçıvanda IV “Heydər Əliyev kuboku” turnirinə start verilib

Naxçıvan, 20 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə IV “Heydər Əliyev kuboku” turnirinə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ənənəvi olaraq keçirilən turnirin ilk günündə “Araz-Naxçıvan” və MOİK komandaları üz-üzə gəlib. Görüşün ilk hissəsində rəqibi iki dəfə mərkəzə dəvət edən Naxçıvan komandası sonda meydanı 3:2 hesab ilə məğlubiyyətə uğrayıb.
Günün ikinci qarşılaşmasında “Şüvəlan” və “Arpaçay” komandaları üz-üzə gəlib. Oyun Bakı klubunun qələbəsi ilə başa çatıb.
Mayın 21-də ikinci turun oyunları keçiriləcək. Saat 11:00-da “Şüvəlan” və “Araz-Naxçıvan” komandaları qarşılaşacaq. 17:30-da isə “Arpaçay” MOİK komandasını sınağa çəkəcək.
Qeyd edək ki, turnirə mayın 23-də yekun vurulacaq. Həmin gün oyundan əvvəl Naxçıvan Muxtar Respublika Stadionunda möhtəşəm konsert proqramı təşkil olunacaq.

Regionlar 2019-05-20 21:55:00