×
A
A
A
Sazlamalar

Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi

Bakı, 20 may, AZƏRTAC
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adı verildi.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin müvafiq Qərarını imzalayıb.
Qərara əsasən, Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adı verilib. Təhsil Nazirliyinə və Samux Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Regionlar 2019-05-20 17:41:00