×
A
A
A
Sazlamalar

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib

Xırdalan, 20 may, AZƏRTAC

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.
Rayon polis idarəsindən AZƏRTAC –a bildirilib ki, Sumqayıt şəhər sakini A. Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mətləb Əliyevi vurub. Piyada xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Regionlar 2019-05-20 16:31:00