×
A
A
A
Sazlamalar

Milli valyutada olan əmanətlər 20 faizədək artıb

Bakı, 20 may, AZƏRTAC
Aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 8 milyard 339,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 60,5 faizi xarici, 39,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,9 faiz, xarici valyutada əmanətlər isə 2,8 faiz artıb.

Maliyyə 2019-05-20 13:35:00