Güclü külək və dolu Zaqatalada ciddi fəsadlar törədib
Zaqatala, 20 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 19-dan 20-nə keçən gecə Zaqatalada güclü külək, yağış və dolu nəticəsində rayonda su, təbii qaz, kanalizasiya, rabitə və elektrik xətlərinə, yol təsərrüfatına ciddi ziyan dəyib, ağaclar aşıb.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, güclü dolu nəticəsində Zaqatala şəhərinin ərazisində, həmçinin Kebeloba və Car kəndlərində evlərin dam örtüyünə, küçədə dayanan avtomobillərə ciddi ziyan dəyib. Şəhər ərazisində bəzi istinad divarları aşıb. Rayonun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində müəyyən fasilələr yaranıb.
Rayon fövqəladə hallar komissiyasının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlər nəticəsində yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda dəymiş ziyanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Şəhərin küçələri, həmçinin magistral və kəndarası avtomobil yolları ağac qırıntılarından təmizlənir.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib