×
A
A
A
Sazlamalar

Tovuzda məktəb, muzey və “ASAN xidmət” mərkəzinin tikintisi davam edir

Tovuz, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Respublikanın bütün bölgələrində olduğu kimi, Tovuz rayonunda da sosial və mədəni obyektlərin tikintisi, yeni-yeni istehsal müəssisələrinin yaradılması və infrastrukturun müasirləşdirilməsi işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Tovuz şəhərində Tarix Diyarşünaslıq Muzeyi və Bayraq Muzeyinin tikintisi tamamlanmaq üzrədir.
Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatıb. 624 şagird yerlik Alakol kənd tam orta məktəbinin və “ASAN xidmət” mərkəzinin tikintisi davam etdirilir.
Həmçinin bu ilin ilk rübündə dəyəri 794 min manat, ümumi sahəsi 3540 kvadratmetr olan 32 fərdi yaşayış evləri tikilib istifadəyə verilib. Hazırda Mənzil Fondunun əsaslı təmiri işləri xətti ilə Tovuz şəhərinin Sabir küçəsində yerləşən çoxmənzilli yaşayış binasında təmir işləri aparılır.

Regionlar 2019-05-19 15:57:00